Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gedib.

XəbərHub.info AZƏRTAC-a istinadən xəbər verir ki, Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər qarşılayıblar.

 

GündəmSiyasi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *